Əvəvlcə “TikTok”, “Facebook”, “Snapchat”, “Instagram”, “Reddit” və “X” platformalarının adları daxil edilən siyahıda “YouTube”-un adı olmayıb. Lakin yeni Onlayn Təhlükəsizlik naziri Anika Uellslə məsləhətləşmədən sonra “eSafety” platformanın həddindən artıq istehlaka və zərərli məzmuna məruz qalmasına səbəb ola biləcək eyni mexanizmlərdən istifadə etdiyini bildirib.
“YouTube”-un maarifləndirici əhəmiyyətini və qanunun onu tənzimləmək üçün nəzərdə tutulmadığını vurğulayan “Google” şirkəti bu təklifə qəti etirazını bildirib. Bunun cavabında “eSafety”-nin Təhlükəsizlik üzrə müvəkkili Culi İnman Qrant “YouTube”-da digər sosial media platformaları ilə eyni risklərin gizləndiyini vurğulayıb.
Araşdırma nəticəsində məlum olub ki, 10-15 yaşlı uşaqların 70%-i “YouTube”-da zorakılıq və irqçilikdən tutmuş problemlərə və yemək pozğunluğunun təbliğinə qədər dağıdıcı məzmunla qarşılaşır.
Bununla belə, qanun uşaqlara “YouTube”-dan təhsil məqsədləri üçün böyüklər hesabı altında istifadə etməyə qadağa qoymur. Buna görə də tənzimləyici qanunun onları zərərli məzmundan tam qoruya bilməyəcəyini etiraf edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


